Qaytarma və imtina siyasəti

Son yenilənmə: 2026-05-29

1. Ümumi prinsip

İştirakçı Tədbirdən imtina edərək ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Qaytarılan məbləğ imtina müraciətinin daxil olduğu tarixə görə müəyyən edilir.

2. Qaytarma şərtləri

İmtina müddətiQaytarılan məbləğ
Tədbirdən 14 gün və daha əvvəl100% (tam məbləğ)
Tədbirdən 7–13 gün əvvəl50%
Tədbirdən 7 gündən az qalmışQaytarılmır

3. Müraciət proseduru

  1. İmtina haqqında müraciət +994 10 239 53 56 telefon nömrəsi və ya info@inova-healthcare.com e-poçt ünvanı vasitəsilə bildirilir.
  2. Müraciətdə qeydiyyat zamanı təqdim olunmuş ad, soyad və əlaqə telefonu göstərilir.
  3. Ödəniş etdiyiniz bank kartının ilk 6 və son 4 rəqəmi qeyd edilir.
  4. Müraciət 3 iş günü ərzində nəzərdən keçirilir, qərar barədə telefon vasitəsilə bildiriş göndərilir.

4. Qaytarma müddəti

Müsbət qərardan sonra məbləğ ödəniş edilmiş bank kartına 3–10 iş günü ərzində geri köçürülür. Konkret müddət bankdan asılı olaraq dəyişə bilər.

5. Təşkilatçı tərəfindən ləğv

Tədbir Təşkilatçı tərəfindən ləğv edildikdə və ya yenidən təşkil edilə bilmədikdə, ödənilmiş məbləğ tam həcmdə (100%) iştirakçıya geri qaytarılır.

6. Əlaqə

+994 10 239 53 56 · info@inova-healthcare.com · İş saatları: Bazar ertəsi–Cümə, 09:00–18:00